3-5-ci səviyyəli qayda pozuntularına aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır):
● 1-ci və 2-ci səviyyələrdə olan qayda pozuntularını davamlı təkrarlamaq və
xəbərdarlıqları nəzərə almamaq;
● məktəbdən yayınmaq (tədris müddəti ərzində məktəb ərazisindən kənarda
olmaq);
● qadağan olunmuş təhlükəli ərazidə olmaq (məsələn, məktəbin damı, elektrik
otağı və s.);
● ehtiyatsızlıqdan özünü və ya başqa birini təhlükəyə atmaq (qəsdən olarsa, 4-5-ci
səviyyə);
● yanğın təhlükəsizlik siqnalını qəsdən işə salmaq;
● nizamı pozan davranışa təkrar yol vermək və ya ciddi şəkildə nizamı pozan
davranışa yol vermək (qəsdən başqasına xəsarət yetirərsə, 4-5-ci səviyyə);
● şəxsə ünvanlanmış cinsi, irqi və ya digər məzmunlu təhqiramiz, qeyri-etik
ifadələrdən istifadə etmək (4-5-ci səviyyə);
● başqalarına qarşı qeyri-etik şəkildə davranmaq;
● başqalarına qarşı açıq-aşkar hörmətsizlik etmək (4-5-ci səviyyə);
● başqasının əşyasını və ya məktəb əmlakını oğurlamaq (4-5-ci səviyyə);
● başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq (4-5-ci səviyyə);
● tütün məmulatlarını (elektron siqaret daxil olmaqla) məktəbə gətirmək və ya
istifadə etmək;
● hər hansı təhlükəli əşyanı məktəbə gətirmək (4-5-ci səviyyə);
● əsl silahı imitasiya edən hər hansı əşyanı məktəbə gətirmək;
● təhdidedici davranış nümayiş etdirmək;
● zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq (4-5-ci səviyyə);
● fiziki, cinsi, verbal, mənəvi və kiberqısnama (4-5-ci səviyyə);
● şagird yoldaşları və böyüklər haqqında şəxsi məlumatların məxfiliyinə xələl
gətirmək;
● qeyri-etik, təhqiramiz məzmunlu materialı kağız və ya elektron formatda əldə
etmək və ya yaymaq (4-5-ci səviyyə);
● məxfilik hüquqları və məktəb nüfuzu ilə bağlı qaydaları pozmaq;
● qeyri-etik fiziki təmas;
● başqasının nüfuzuna və rifahına xələl gətirmək məqsədilə qəsdən yalan
danışmaq;
● imtahanın şəffaflığına ciddi şəkildə xələl gətirmək;
● məktəb sənədlərini və məlumatlarını dəyişdirmək və ya saxtalaşdırmaq (4-5-ci
səviyyə);
● təyin edilən korreksiyaedici tədbirin tələblərini yerinə yetirməmək və buna ciddcəhdlə etiraz etmək.