Aşağıdakı qayda pozuntuları birbaşa 5-ci səviyyə hesab olunur: çox ağır qayda pozuntuları aşağıdakılardır:
● Azərbaycan dövlətçiliyinə, milli dəyərlərə və dövlət rəmzlərinə hörmətsizlik
etmək;
● qəsdən ciddi fiziki zərərə səbəb olan zorakılıq etmək;
● cinsi zorakılıq etmək;
● təhlükəsizlik qaydalarını ciddi xəsarət və ya ölümə səbəb ola biləcək şəkildə
pozmaq;
● ekskursiya zamanı nəqliyyatın təhlükəsizliyini riskə atan davranış nümayiş
etdirmək;
● başqalarının əşyalarına və ya məktəb əmlakına qəsdən ziyan vurmaq;
● qanunsuz dərman vasitələri və əşyaları ümumi təhsil müəssisəsinə gətirmək,
istifadə etmək və ya satmaq;
● məxfilik hüquqlarını ciddi şəkildə pozmaq; məktəbin, eyni zamanda, digər
şagirdlərin və böyüklərin nüfuzuna ciddi şəkildə xələl gətirmək;
● ümumi təhsil müəssisəsinə silah və ya ciddi təhlükə yaradan digər qadağan
olunmuş əşyalar gətirmək;
● akademik nəticələri saxtalaşdırmaq, habelə bu məqsədlə məktəb heyətinin üzv
və ya üzvlərinə pul, hədiyyə, xidmət və ya hər hansı digər maddi nemət təklif
etmək (şagird və ya onun ailəsi tərəfindən);
● qeyri-etik, ağır təhqiramiz məzmunlu materialı kağız və ya elektron formatda
əldə etmək və ya yaymaq.