Təlimin akkomodasiyası – Akkomodasiya tədris materialının məzmununu və anlama baxımından mürəkkəbliyini dəyişmədən təlimin xarakterini dəyişir. Təlimin modofikasiyası – Modifikasiya tədris materialının məzmunu və anlama baxımından mürəkkəbliyini dəyişməklə təlimin xarakterini dəyişir.
Təlimdə ümumi uyğunlaşdırma xüsusi qayğıya ehtiyacı olan şagirdlərin fəaliyyətlərdə uğurla iştirak etmələrinə əhəmiyyətli dərəcədə yardım göstərsə də, onlar üçün fərdi akkomodasiya və modifikasiyalar tələb olun abilər. Sinifdə aşağıdakı sahələr üzrə akkomodasiyaları həyata keçirmək olar:
Fiziki mühit – bu sahə üzrə akkomodasiya sinif mühitində, qruplara bölünmədə, uşaqların yerləşdirilməsində dəyişiklikləri nəzərdə tutur. Məsələn: Əlinin görmə çətinliyi olduğu üçün o, həmişə ön sırada oturur.
Təlim metodu – bu sahə üzrə akkomodasiya müəllimin materialı necə təqdim etməsi, eləcə də şagirdlərin tapşırıqları yerinə yetirilməsinə necə cəlb edilməsi nöqteyi-nəzərindən təlim metodunda dəyişiklikliyi nəzərdə tutur və şagirdlərin təlimnə yardım etmək məqsədi daşıyır.
Göstərişlər - bu sahə üzrə akkomodasiya müəllimin qayda, metod və gün-dəlik məşğələləri təqdim etməsi üzrə dəyişiklikləri nəzərdə tutur.
Materiallar – bu sahə üzrə akkomodasiya tədris alətləri və materialların şagirdlərin fərdi ehtiyaclarına uyğunlşadırılmasından ibarətdir. Nəzərə alın ki, materiallara kitablar, iş vərəqləri, manipulyativ əşyalar və s. daxil ola bilər.
Müvəffəqiyyət əldə etmək üçün onlar şagirdlərin inkişafı, maraqları və digər fərdi xüsusiyyətləri ilə bağlı müxtəlif ehtiyaclarını nəzərə almaqla təlimdə uyğunlaşdırma (akkomodasiya) və dəyişiklikləri (modifikasi-yaları) həyata keçirilməlidir. Müxtəlif növ akkomodasiyaları tətbiq edərkən təlimin məzmunu dəyişmir, modofikasiyaların tətbiqi zamanı isə o, adətən dəyişir. Bəzi hallarda modifikasiyaların istifadə olunması şagirdə məşğələlərdə iştirak etmə imkanı yarada bilər. Modifikasiyalar aşağıdakılar vasitəsilə həyata keçirilə bilər:
Mənimsənilməsi zəruri olan məzmunun qısaldılması – şagirddən dərsin ancaq bəzi hissələrində iştirak etmək və ya proqram üzrə tədris materialının məzmununun yalnız bir hissəsini mənimsəmək tələb olunur. Bəzən, dərsin tələbləri şagirdin qabiliyyətlərini üstələyir. Buna baxmayaraq, hər halda bu şagirddən dərsdəki fəaliyyətlərdə qismən iştirak etmək tələb olunur. Məsələn: əqli geriləmə probleminə malik şagirddən mövzunun daha sadə şəkildə ifadə olunmuş mətnini oxumağı xahiş etmək olar.
Fəaliyyətdə iştirakla bağlı verilən tələblərin azaldılması –şagirddən dərsin yalnız bir hissəsinin yerinə yetirilməsi tələb oluna bilər. Bu zaman xüsusi qayğıya ehtiyacı olan şagirddən ya digər şagirdlərin mənimsəmələri olduqları materialın, ya da onun bir hissəsinin mənnimsənilməsi tələb olunur. Məsələn, disqrafiya ilə bağlı problemləri olan şagirdə icazə vermək olar ki, o öz hekayəsini müəllim köməkçisinə diktə etsin. Və yaxud, yazı sürətinə təsir edən fiziki əlillliyi olan şagirddən daha az tapşırığı yerinə yetirmək tələb oluna bilər.Modofikasiyanın istənilən növünü xüsusi qayğıya ehtiyacı olan şagirdin ailəsi ilə müzakirə etmək zəruridir, çünki, əksər hallarda modifikasiya şagirdin bilməli və bacarmalı olduqlarını dəyişir.