Son zamanlar keçirilən islahatlar, yeni alınan qərarlar heç də uğurlu deyil. Təəssüflər olsun ki, planlı şəkildə təhsilimiz bataqlığa doğru gedir.
1. ETN işçilərinin təhsillə əlaqəsinin olmaması və heç kimin stulundan vaz keçməməsi
2. Əlavə gəlir üçün ETN-in davamlı lazımsız layihələri qəbul etməsi və uğurlu addım atmaması
3. Müəllimlərin MİQ və Sertifikasiya imtahanında ədalətli bir imtahanın keçirilməməsi.
4. Direktor və müavinlərinin sifarişlə işə qəbul edilməsi
5. Məktəblərin özlərinin maliyyələşməsi addımı
6. TKTA-nın heç bir ciddi iş görmədən sadəcə əlavə maliyyə problemi yaradan və təhsilə mane olan qurum olması
7. ARTİ-nin konkret kitab çıxarmaması, savadsız metodist yetişdirməsi və yarımçıq qoyulmuş, keçirilməmiş təlimləri.
8. Hələ də arada ödənişlə işə düzəldən insanların olması
9. Tapşırılmanın ön planda olması
10. MİQ və DİM, ETN və Univeristet arasında əlaqə yaradılmaması
11. Müəllimlərin maaş və saat bölgüsü problemi
12. Uğursuz layihələrin təhsildən çıxarılmaması
13. Müəllimlərin və şagirdlərin məcburi layihələrdə iştiraka zorla yönəldilməsi
14. Şagirdlərin və müəllimlərin Regionalların əmri ilə zorla xüsusi kurs və ya müəllimə hazırlığa getməsi
15. Regionalların əmri ilə keçirilən sınaqlar, yoxlamalar...
16. Şirinliklə pozulmuş qanunlar, işə götürmələr
17. Uşaqların ucar kəndlərə yazılması
18. 9-11 - ci siniflərin məktəbə gəlməməsi
19. Açıq sualların düzgün yoxlanmamas
20. Müəllim müsahibələrinim düzgün aparılmaması
21. İşə qəbulda şəffaflığın gözlənilməməsi və qərəzlilik
22. Bullinqin qarşısının alınması üçün heç bir addımın atılmaması
23. MÜTDA-nın uğursuz siyasəti
24. Direktor və müavinlərinin Sertifikasiyaya çağırılması və çox güman ki pulça keçəcək olmaları
25. Şagirdlərin sosial mediaya çıxışı haqqında heç bir tədbirin görülməməsi
26. Məktəblərdə maddi-texniki bazanın çox aşağı olması
27. Tələbələrin təhsilə marağının artırılması və problemin həlli üçün heç bir addımın atılmaması
28. İşsiz tələbə ordusunum getdicə artması
29. İşsizlik və müəllim çatışmazlığını Nazirliyin qəbul etməməsi
30. Müəllimlərim şərəf və ləyaqətinin bilərək azaldılması