ARTİ-nin təşkilatçılığı ilə ACER təşkilatı tərəfindən keçirilən təlimlərə start verilib
Bu çox gözəl addımdır. Təhsilverənlər üçün açıq və qapalı tip test modelləri hazırlamaq, test hazırlama üsul və strategiyalarını mənimsəyib tətbiq etmək önəmlidir. Xüsusilə PİSA və TİMSS Beynəlxalq qiymətləndirməsinə uyğun kəmiyyət və keyfiyyət dayanıqlılığı yaratmaq qürurvericdir. Amma məsələ burasındadır ki,
1. Bizim mentalitet və digər Avropa ölkələri eyni səviyyədə deyil. Nə mentalitet olaraq, nə düşüncə olaraq, nə təhsil olaraq, nə maddi-mənəvi dəyərlər olaraq. Birbaşa Avropa ölkələrinə (məs:, Sinqapur, Avusturaliya və s.) inteqrasiya bizə heç bir müsbət keyfiyyət qatmadığı kimi təhsilimizi daha da geriyə aparır. Üstəlik bu sadəcə sənədləşmə və məcburi sənəd yazmaq, məcburi layihə, olimpiyada, test, monitorinqlardə özünü tapacaq, "SAXTA" dəyərləndirmə ilə təhsili daha da bərbat hala gətirəcəyik.
2. Tutalım bunu ARTİ öyrəndi, bəs ARTİ öyrəndiklərini müəllimlərə ötürürmü? Ötürmür. Təlimlərdə belə 2 slaydla savadsız kadrlar əzbərə 1-2 söz deyillər. Sualları cavabsız qoyur, xüsusi "fəndlərlə" təlimo yola verirlər. Həqiqətən öyrətmək istəyirlərmi? Açığı o da sual işarəsi altındadır. Çünki öyrətsələr, qeyri yollarla pul qazana bilməzlər!
3. ARTİ tutalım bunu etdi, bəs DİM?! Dövlət İmtahan Mərkəzinin bu proseslə yaxından uzaqdan əlaqəsi yoxdur amma uşaqların taleyi onların əlindədir. Niyə Nazirlik, DİM, MÜTDA, TKTA- bir yerdə prosesdə iştirak etmirlər.
4. ARTİ "təhsilin institutu" olaraq düzgün addım atıb. Bəs TKTA nə üçündür? Təhsilin keyfiyyətinu nə artıra bilir, nə qiymətləndirə bilir?! Üstəlik heç bunlardam xəbərləri də yoxdur.
5. Hələ nə etdiyi bilinməyən MÜTDA- da uzaqdan baxıb əl çalacaq. Amma iş tətbiqə gələndə hər bir qurum özü üçün nə qədər pul götürə biləcəyini düşünəcək. Maraqlı budur ki, bunlar ayrı-ayrı dövlətlər deyil. Təhsil Sisteminə xidmət edən qurumlardır. Vahidlik yoxdur. Arıdıcıllıq və sistemlilik də yoxdur. Ancaq oturub başqa nə edə bilərik? Hər şeyi yarım yamalaq edib insanları, ölkəni, təhsili bərbat hala qoymaqdansa, hələ məhv etdiklərinizi düzəldin.
Ardı var...
Nəyi edirik?
Niyə edirik?