ETN-TKTA-ARTİ-MÜTDA əlaqəsi
Bu 4 qurumun bir-biri ilə əlaqəsi olduğunu bilirik. Amma bildiyimizdən əlavə, bir az da təfəkkürümüzü yoxlayacaq monarxiya tipli gedişatımıza baxaq. Pedaqoqluqla heç bir əlaqəsi olmayan, şagirdlərlə bir atmosferdə olmayan, məktəb nədir bilməyən, təhsil sistemi ilə yaxından - uzaqdan əlaqəsi olmayan qeyri-peşəkar mütəxəssislər Azərbaycan müəllimlərini əllərində oyuncağa çevirib. Azərbaycan təhsilinin, o cümlədən millətinin taleyi bu "1982-ci illərin günahına" çevrilib. ARTİ 1930-cu ildən fəaliyyət göstərsə də, 2016-cı ildən əsl indiki adını almışdır. İlk dəfə Emin Əmrullayev rəhbər olub 2016-2020-ci illərdə ARTİ direktoru kimi fəaliyyət göstərib.
2020-ci ildən Təhsil Naziri kimi fəaliyyət göstərir.
1982-ci ildə dünyaya gəlib və Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alıb.
Elxan Nəcəfov 2021-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Naxçıvan Təhsil Naziri vəzifəsinə keçib. İxtisasca pedaqoq olsa da, təəssüf ki, orta məktəbdə heç bir fəaliyyəti yoxdur.
1982-ci ildə dünyaya göz açıb.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi çevrilmə yolu ilə yenidən təşkil edilmiş və publik hüquqi şəxs statusu olan “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” yaradılıb. Rəhbəri Tural Teymur oğlu Əhmədov- 1983-cü ildə dünyaya göz açıb və regionşünaslıq bitirib.
MÜTDA 2023-cü il 24 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir. Rəhbər Eşqi Bağırovdur. Hüquqşünaslıq, sonra isə Emin Əmrullayev kimi Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb.
2021 ci ildə də Elxan Nəcəfovun başçılığı ilə MİP fəaliyyətə başlayıb. TKTA tərəfindən inspeksiya olunmuş məktəblərdə MÜTDA və ARTİ təlimlər keçirir.
TKTA - MÜTDA-ARTİ münasibətləri haqqında araşdırmamızı əlavə qeyd edəcəyik.