Azərbaycanda işlə bağlı yaş məhdudiyyətinin aradan qaldırılması hədəflənir.
Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri
Musa Quliyev bildirib ki, dövlət qurumlarında yaşı 65-dən yuxarı olan şəxslərin əmək fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərara yenidən baxmaq lazımdır. Əmək məcəlləsinin 10-1-ci maddəsinə görə, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatda çalışan işçilər 65 yaşı tamam olanda pensiyaya çıxırlar. İstisna hallarda 70 yaşa qədər işləyə bilərlər. Əsasən tibb və təhsil işçiləri çoxsaylı müraciətlər ediblər. Onların sözlərinə görə, sağlamlıqları imkan verir və sertifikasiyadan keçiblər. Digər tərəfdən onların pensiyaları da minimum həddədir. Birdən-birə işdən kənarlaşdırıldıqda onların sosial-psixoloji vəziyyətlərinə təsir göstərir. Komitə sədri qeyd edib ki, elə sahələr varki, orda işçi qüvvəsinə ehtiyac var. Millət vəkili xüsusilə bölgələrdə işçi qüvvəsinə ehtiyac olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə əsasən, təklifində bildirib ki, hökümətin müvafiq qurumları və qeyri-hökümət təşkilatları monitorinq keçirə bilərlər. Monitorinqin nəticələrinə əsasən əmək məcəlləsinə dəyişiklik edilə bilər.
Millət vəkili onu da qeyd edib ki, tibb və təhsil işçilərinin müraciətləri hökumətə təqdim edilib.
TƏHSİL MEDİA