Tədris ilinin sonuna az qalmış məktəblərdən tibbi arayış tələb olunur. 1-ci sinifdən 11-ci sinfə qədər anidən tələb edilən bu arayışa görə, poliklinikalarda sıxlığın yaranması ilə əlaqədar olaraq sosial şəbəkələrdə çox saylı paylaşımlar edilib.
TehsilMedia.az xəbər verir ki. valideynlər bildirdilər ki, tibbi arayış tələbi onlara məktəbdən bildirilib.
Paytaxtda yerləşən 17 saylı poliklinikanın ikinci şöbəsinin müdiri
Sevda Quliyeva bildirib ki, məktəblərdən tibbi arayış tələbi TƏBİB tərəfindən qoyulub. Bu müayinələr uşaqların icbari disperazansiyası haqqında qanuna uyğun olaraq TƏBİB-in tabeliyindəki müalicə-profilaktika müəssisələrində həyata keçirilir.
Sevda Quliyevanın sözlərinə görə, icbari-disperizansiyadan keçiriləcək uşaqların həkimin çağırışı ilə tibb müəssisinə gətirilməsi və müayinədən keçirilməsi üzrə məsuliyyəti onların valideyləri və digər qanuni nümayəndələri daşıyır. Arayışların verilməsi isə ödənişsizdir.
Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, məktəblərə tibbi arayış tapşırığı verilməyib.