Elm və Təhsil naziri Emin Əmrullayev tətil müddətinin qısaldılmasını təklif edib. O bildirib ki, tədris ili nə qədər uzun olarsa, bu uşaqların gələcəyi üçün daha yaxşı olar.
Məktəblilərin əksəriyyəti isə yay tətilinin qısaldılmasını istəmir. Ekspertlər hesab edir ki, tədris müddətinin indiki halda uzadılması doğru olmaz. Dövlət İmtahan Mərkəzi tərəfindən ali və orta ixtisas təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrinin elan edilməsi, tələbələrin yerləşdirilməsi demək olar ki, sentyabr ayının 15-də, bəzi hallarda daha gec yekunlaşır.
TehsilMedia.az xəbər verir ki, Deputat
Ceyhun Məmmədov bildirir ki, iyun ayında artırılan dərs müddəti onsuz səmərəsiz hesab olunur. Şagirdlər mayın sonundan dərsə gəlməməyə başlayırlar.
Bu məsələdə əsas faktorlardan biri də hava şəraitidir. İyun ayında hava isti olduğundan şagirdlər dərsə gəlməkdə çətinlik çəkirlər. Ona görə bu müddətin sentyabrın 1-dən 15-nə qədər olması məqsədəuyğun hesab olunur.
Nazir həmçinin qeyd edib ki, inkişaf etmiş ölkələrdə tədris müddəti daha uzun, tətil müddəti isə daha qısa olur.
Əsas nüanslardan biri də tədrisin müddəti ixtisaslı kadrların yetişməsində nə qədər önəmlidir?
E. Əfəndi bildirib ki, Cənubi Koreyeda 6 ay ərzində ixtisaslı kadr yetişdirilə bilir. Lakin bizdə 4 ildə belə bunu etmək mümkün olmur. Ona görə əsas zaman deyil, tədrisin keyfiyyətidir.
Qeyd edək ki, ümumtəhsil müəssisələrində tədrisin müddətinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli qərarının 2.3-cü bəndinə əsasən təhsilin, ümumtəhsilin ümumi, tam və orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və iyunun 14-də yekunlaşır.
TƏHSİL MEDİA