Vətən müharibəsi göstərdi ki, qələbə, ruh yüksəkliyi, torpaq sevgisiylə bərabər, yüksək döyüş hazırlığı tələb edir.
Gənclərin hərbi biliklərə,, müasir silahlardan istifadə qaydalarına yiyələnməsində məktəbdə tədris olunan hazırlıq dərslərinin rolu böyükdür. Amma bu dərslərin hər məktəbdə yüksək səviyyədə keçirildiyini demək olmaz. Şəhər sakinlərinin sözlərinə görə, bu dərs onlara tədris olunmayıb. Ekspertlər bildirir ki, Bakı və ətraf rayonlarda maddi-texniki təminat qənaətbəxşdir. Rayonlar barədə isə bunu demək olmaz.
TehsilMedia.az xəbər verir ki, ekspert
Elçin Əfəndi bidlirib ki, regional təhsil idarələri bu işə nəzarət etməlidir. Hansı ərazidə maddi təminat zəifdirsə, bununla bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunmalıdır.
Hərbi ekspert
Şair Ramaldanov bildirib ki, şagird hərbi texnikalarla tanış edilməli və onların işlədilmə qaydalarını mənimsəməlidir. Gələcək nəslin nümayəndələrini minalı ərazilər və onların təmizlənməsi barədə məlumatlandırmaq lazımdır. Bu dərsdə yalnız hərbi texnikalar deyil, ilkin tibbi yardım qaydaları da öyrədilməlidir.
Qeyd edək ki, 2015-ci ildən etibarən hərbi hazırlıq fənninin tədris saatı 2 saatdan 1 saata endirilib.