
Uşaqların dünyagörüşünün formalaşmasına təsir edən faktorkardan biri də məhz cizgi filmlərdir. Müəyyən yaş dövrü var ki, uşaqlar üçün bu filmlər daha aktual olur və daha çox izlənir. Bəs cizgi filmlər övladlarımızın inkişafı üçün nə dərəcə əhəmiyyətlidir?
Demək olar ki, bütün uşaqlar cizgi filmlərini çox sevirlər. Bir çox valideynlər də azyaşlı övladlarını sakitləşdirmək üçün əlinə bir telefon verib, cizgi film izlədirlər. Belə vəziyyətdə övladlarının hansı cizgi filmi izlədiklərindən belə xəbərləri olmur.
Elə problem də burdan başlayır. Araşdırmalara əsasən müəyyən olunub ki, 18 aylıq uşaqda kənar reaksiyalar formalaşır. Cizgi filmlərdəki səs effektləri uşaqlarda diqqəti özünə cəlb etməyə başlayıb və bu, uşağın xasiyyətinə təsirsiz ötüşmür.
Sosioloq Üzeyir Şəfiyev bildirb ki, 2 yaşından etibarən uşaqlar cizgi filmindən obraz axtarışına başlayırlar. 6 yaşdan etibarən isə uşaqlar həmin obrazları imitasiya, təqlid edirlər.
Cizgi filmlərə baxılması məsələsində valideynlər həssas yanaşmalıdırlar.
Sosioloq onu da qeyd edib ki, "Tom və Jerry” "Masha və Ayı” kimi məşhur cizgi filmlər uşaqların psixologiyasına mənfi təsir göstərir. Yaxşı olar ki, uşaqlar xarici cizgi filmlər əvəzinə yerli, milli adət-ənənələri özündə əks etdirən vətənpərvərlik ruhunda çəkilmiş filmləri izləsinlər. Amma təəssüf ki, bu sahədə ciddi boşluqlar var. Uşaqların izlədikləri cizgi filmlər valideynlər tərəfindən nəzarətdə saxlanmalıdır. Cizgi filmlərdə aqressiya və zorakılığı deyil,humanistliyi və mehribanlığı aşılamaq lazımdır.