"Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur".
Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.
Yeni tədris ilinə hazırlıq məqsədilə valideynlərin, məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əldə etmələri tövsiyə olunur.
TehsilMedia.az xəbər verir ki, növbəti tədris ilində tətbiq olunacaq məktəbli formaları 4 rəngdə təsdiqlənib. Hər məktəb müstəqil şəkildə istifadə olunacaq formanın rəngini seçmək hüququna malikdir.
Xırdalan şəhər 4 nömrəli məktəbin direktoru
Zəminə Nuriyeva 2023-2024 tədris ilindən bu məktəbdə də vahid məktəbli formasının tətbiq olunacağını diqqətə çatdırıb.
O bildirib ki, vahid məktəbli formaları barədə valideynlər təlimatlandırılıb. Onun sözlərinə görə, satış məntəqələrinin adresləri barədə də məlumat verilib.
Bəs görəsən bu qərar barədə Abşeron sakinləri nə düşünür?Sakinlərin sözlərinə görə, verilən qərar olduqca ürəkaçandır.
Vahid geyim formalarının tətbiqi görünüş, vizuallıq baxımından da önəmlidir.
Vahid geyim forması şagirdlərə məsuliyyət hissi aşılayır və məktəbin özünəxas təhsil mühitini formalaşdırır.
TƏHSİL MEDİA