Hazırda cəmiyyəti narahat edən ən vacib problemlərdən biri də, ali məktəbdən kəsilən abituriyentlərin psixoloji durumu ilə bağlıdır. Bir çox hallarda valideyn qınağına tuş gələn, cəmiyyətdə öz yerini tuta bilməyəcəyini düşünən yeniyetmələr çıxış yolunu intihar etməkdə görürlər. Bəs görəsən, bu kimi hallarla necə mübarizə aparmaq olar?
Mövzunu
TehsilMedia.az-a şərh edən psixoloq
Gülər Məmmədova maraqlı məqamlara toxunub: Ümumiyyətlə, hər bir kəsin fərdi psixologiyası var. Üzləşdiyi hər hansısa bir uğursuzluğun nəticəsi özünəqəsd olmamalıdır. Hər hansı bir uğursuzluqdan dərs çıxardıqda daha yüksək nəticələrə nail olmaq mümkündür. Burada həmin abituriyentlərin intiharə təşəbbüs etməsindəki əsas səbəb valideyn təzyiqi deyil, həmin insanların daxilindəki psixi problemlərdir. Anlamalıyıq ki, ali məktəbə qəbul ola bilməmək böyük travma demək deyil. Valideynlərin təzyiqi və emosinal durumlarının gərginliyi də müvəqqəti xarekter daşıyır. Hər bir insanın həyatı göyqurşağı kimi deyil. İstənilən hər hansı çətinlikdə emosianal boşluğa düşmək olmaz".
Psixoloqun sözlərinə görə, intihara meyilli insanların bir çoxunda ailədən gələn tərbiyə onların təfəkkürünü bir neçə prizmadan inkişaf etdirə bilməyib: "Bu səbəbdən də abituriyent düşdüyü adekvat vəziyyətə reaksiya verə bilmir. Bir çox abituriyentlər ailələri tərəfindən məruz qaldıqları təzyiq nəticəsində də depressiv hallara düşürlər. Əgər həmin abituriyent və tələbə bu halda psixoloji dəstək alarsa və yaxud tanışları onda depressiv halları müşahidə edərsə, o zaman vaxtında mütəxəssislərə müraciət edilməlidir. Bu cür insanların həyatında olan dostlar ayıq-sayıq olmalıdır. Çünki intiharların kökündə imtahan uğursuzluğu yox, başqa səbəblər də dayana bilər".
Ülkər Abdurahmanlı