Şagird nailiyyətlərinin qiymətləndirilməsi təhsildə summativ qiymətləndirmə vasitəsilə həyata keçirilir. 100 ballıq sistemdə şagirdlərin bilik və bacarıqlarını səviyyəcə yoxlanılmasıdır.
Summativ qiymətləndirmə zamanı ən çox edilən səhvləri sizlər üçün paylaşırıq.
1. KSQ vaxtları tədris ilinin ilk həftəsində şagirdlərə elan olunmalıdır.
2. KSQ və BSQ-ləri şagirdlərin və valideynlərin görmək haqqı var.
3. Şagirdin biliyinin yenidən qiymətləndirilməsini tələb etmək haqqı var.
4. Summativdə şagird üzrlü səbəbdən iştirak etməyibsə və yenidən iştirakı təmin edilməyibsə, 0 yazılır, amma hesablanmır.
5. Summativdə sual səviyyələri müəllimin düşüncəsinə əsasən deyil, Blumun İdrak Taksonomiyasının mərhələlərinə əsasən müəyyənləşdirilir.
6. Sual səviyyələri ilə oynamaq müəllim qanunsuzluğudur. Səviyyəni düzgün əhatələməyən asan səviyyəli, ya da ancaq çətin səviyyəli sual qoymaq olmaz!
7. Summativdə salınan suallar həmin bölmə ərzində keçirilən altstandartları əhatə etməlidir.
8. Summativdə altstandartı həyata keçirmək üçün istifadə edilən mətndə dair sual salmaq olmaz!
9. Summativi jurnalda yerləşdirmə k qaydasını hələ də müəllimlər tam bilmir.
10. Summativi əvvəlcədən şagirdlərə verib sabah hazır gəlin, yoxsa nə alsanız onu yazacam demək olmaz.
11. BSQ sinif müəllimlərinə hazırlatdırılmamalıdır.
12. Gəlməyən, yazmayan uşağa yüksək qiymət yazmaq ya da qiymət yazmaq olmaz!
13. KSQ ni nəticədən razı qalmayıb sinif səviyyəsini artırmaq üçün yenidən yazmaq olmaz.
14. Rəhbərliyin məcburiyyəti ilə mütləq ancaq bu tarixdə keçirmək olmaz!
15. KSQ mövzuları elan edilməli, lazım gələrsə, məsləhət saatı keçirilməlidir.
16. Yaxşı olar ki, summativdən sonra səhvlər müzakirə edilsin.
17. Summativ sənədləşmə işləri düzgün və vaxtında aparılmalıdır.
18. Summativlərin tarixi jurnalda yazılmalı, həmin gün qiymətləndirilməli və hər kəsin öz ünvanı qarşısında yerləşdirilməlidir.
19. Summativlərin kütləvi şəkildə yayılıb hazırlanması düzgün deyil. Hər müəllim proqramına uyğun spesifik hazırlamalıdır.
20. Qiymətləndirmə üsul və vasitələri keçirilən altstandartlara əsasən müəyyənləşdirilməlidir.