Bəzi bağça müəllimlərinin və tərbiyəçilərin dərəcələri aşağı salınıb. Bu baxımdan onların maaşlarından da tutulub. Vəziyyət xüsusilə də qeyri-ixtisas müəllimlərində müşahidə olunur.
TehsilMedia.az xəbər verir ki, məsələ ilə bağlı "Xəbər ertəsi"-nin vatsap nömrəsinə xeyli sayda şikayət daxil olub. 35 ildir Binəqədi rayonu 153 saylı uşaq bağçasında tərbiyəçi işləyən Sevinc Tanrıverdiyeva bildirib ki, 2 aydır dərəcəsi 14-dən 10-a endirilib. Bu da maaşına xeyli dərəcədə təsir edib. O bildirib ki, qrup şəklində təhsil idarəsinə müraciət ediblər. Onlar bildirdilər ki, müraciətlərinə baxılacaq. Elə Sevinc xanım kimi yüzlərlə, minlərlə şikayətçi var və onlar aidiyyatı qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. Müəllim və tərbiyəçilər bildiriblər ki, ixtisasca bağça müəllimi olmasalar da, işləri ilə bağlı xeyli diplom və sertifikatları var. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etsək də, cavab verən olmadı.