Bütün ümumi təhsil müəssisələrinin bu hissədə yazılan təlimatlara əməl etməsi məcburidir.
1-ci səviyyə: yüngülsəviyyəli qayda pozuntuları
1-ci səviyyəli qayda pozuntularına aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır):
● üzrsüz səbəbdən dərsə gecikmək;
● şəxsi gigiyena, məktəbli forması və xarici görünüşlə bağlı qaydalara əməl
etməmək;
● ümumi təhsil müəssisəsi binasının daxilində qaçmaq;
● lazımi dərslik və ləvazimatları dərsə gətirməmək;
● dərslərdə diqqətsiz olmaq, səs-küy salmaq və dərsi pozmaq; dəhlizlərdə səs-küy
salmaq;
● sinif otağı və ya təlim məkanını təmiz və səliqəli saxlamamaq;
● şagird yoldaşlarına və böyüklərə qarşı nəzakətsiz davranmaq;
● müəllimin icazəsi olmadan sinif otağı və ya təlim məkanını tərk etmək
(münaqişəyə yol vermədən);
● məktəb heyəti üzvlərinin müvafiq təlimatlarına əməl etməmək (münaqişəyə yol
vermədən);
● müəyyən edilmiş zaman və ya məkan xaricində yemək və içmək;
● qadağan olunmuş əşyaları məktəbə gətirmək (məsələn, təsbeh, ağıllı telefon,
planşet və s.);
● saqqız çeynəmək.