2-ci səviyyə: ortasəviyyəli qayda pozuntuları aşağıdakılardır:
2-ci səviyyəli qayda pozuntularına aşağıdakılar daxildir (1-ci səviyyədəki qayda
pozuntularının təkrarlanması daxil olmaqla) (lakin bunlarla məhdudlaşmır):
● 1-ci səviyyədə olan qayda pozuntularını davamlı təkrarlamaq və xəbərdarlıqları
nəzərə almamaq;
● yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək;
● dərs, toplantı və ya tədbirdən yayınmaq (məsələn, şagird məktəbdədir, ancaq
müvafiq məkanda deyil);
● təhlükəsizlik qaydalarını pozmaq (məsələn, pəncərədən çölə əyilmək,
sürahilərdə sürüşmək və ya laboratoriya, idman zalı, kompüter otağının
təhlükəsizlik qaydalarını pozmaq);
● qadağan olunmuş (təhlükəsiz) ərazidə olmaq;
● sinif otağı və ya sinif otağından kənarda nizam-intizamı pozmaq;
● heç kimə ünvanlanmamış qeyri-etik ifadələr işlətmək;
● ekskursiya zamanı nəqliyyatda səs-küy salmaq və ya nizamı pozmaq;
● dərsdən sonra özünürefleksiya prosesində iştirak etməmək və ya prosesin
sonuna qədər iştirak etməmək;
● başqasına emosional/fiziki zərər vuran ehtiyatsız hərəkət və ya davranışa yol
vermək;
● sinif və ya ev tapşırığını köçürmək və ya tapşırığın köçürülməsinə şərait
yaratmaq;
● məktəbdaxili qiymətləndirmə qaydalarını pozmaq;
● dərslik, internet və ya digər mənbələrdən plagiatlıq;
● alqı-satqı, əşyaların dəyişdirilməsi və qumar oyunlarında iştirak etmək