Dünya Təhsil Forumunda iştirak edən Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə ikitərəfli görüşlər keçirilib.
Bu barədə "TehsilMedia.az”a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Emin Əmrullayev Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Nurbek Sayasat və Özbəkistan Respublikasının məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova ilə görüşüb.