Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari Tbilisi şəhərində yerləşən və tədrisi Azərbaycan dilində aparılan M.F.Axundzadə adına 73 nömrəli məktəbdə buraxılış tədbirində iştirak edib.
TehsilMedia.az xəbər verir ki, bu barədə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşıb.
"Bu gün gürcü həmkarım Giorgi Amilaxvari ilə birlikdə Tbilisi şəhərində yerləşən, tədrisi Azərbaycan dilində aparılan M.F.Axundzadə adına 73 nömrəli məktəbi ziyarət etdik və 12-ci siniflərin buraxılış tədbirində məzunların sevincini bölüşdük", - nazir bildirib.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvarinin dəvəti ilə bu ölkədə səfərdədir.