ÖSYM tərəfindən təşkil edilən e-YDS üçün geri sayım başlayıb. Namizədlər məhdud sayda yerlərin açıldığı imtahana müraciət tarixləri ilə maraqlanır. ÖSYM mərkəzlərində, e-YDS/7 ingilis dilində keçiriləcək. Bəs, e-YDS müraciətləri nə vaxt başlayıb?
Hər il keçirilən Elektron Xarici Dil İmtahanı (e-YDS/7-2023) üçün müraciət tarixləri ilə bağlı araşdırmalar geniş vüsət alıb. İngilis dili sahəsində tər tökəcək minlərlə namizəd müraciət tarixləri ilə maraqlanır.
TehsilMedia.az xəbər verir ki, yalnız məhdud sayda kontingentin açıldığı imtahan üçün gözlənilən xəbər ÖSYM-dən gəldi. e-YDS 10 fərqli dildə təşkil olunub: İngilis, Alman, Fransız, Ərəb, Rus, Fars, İspan, İtalyan, Yunan və Bolqar.
Müraciət tarixləri, ödənişlər və imtahanın nə vaxt keçiriləcəyi ilə bağlı məlumatlar aşağıda qeyd olunub...
İmtahanda iştirak edəcək namizədlərin sayı elektron İmtahan Müraciət Binalarının namizəd tutumları ilə məhdudlaşacağından, bu imtahan üçün yerlər; Ankarada 4196, İstanbulda 460, İzmirdə 116, Adanada 306 olaraq müəyyən edilib. Namizədlər imtahan haqqını ödədikləri sıra ilə yerləşdiriləcəklər. Yerlər dolduğu halda, sistem namizədlərin imtahan haqqını ödəməsinə mane olacaq və e-YDS üçün imtahan haqqı ödəmə müddəti sonlandırılacaq.
İmtahana müraciət 23 may - 1 iyun 2023-cü il tarixləri arasındadır və namizədlər ərizələrini ÖSYM-nin https://odeme.osym.gov.tr ünvanından əldə edə biləcəklər.
Məsumə İmran