Erməni kilsəsi tarixinin məktəb proqramından çıxarılması yolverilməzdir.
TehsilMedia.az xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin jurnalistlərə bildirib.
II Qaregin qeyd edib ki, məktəb proqramına daxil olan fənn bilik verməklə yanaşı, həmçinin dəyərlər sistemini formalaşdırır, şəxsiyyəti qoruyur.
Qeyd olunub ki, katolikos Ermənistanın təhsil naziri ilə görüşü zamanı Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin planlarına mənfi münasibət bildirib, müzakirələr aparmağı və həll yollarını tapmağı təklif edib.
Həmçinin əlavə olunub ki, II Qaregin artıq öz təkliflərini verib və cavab gözləyir.
Qeyd edək ki, erməni kilsəsinin tarixi bundan sonra Ermənistanda məktəblərdə tədris olunmayacaq.