Konyanın Karapınar rayonunda diametri təxminən 25 metr, dərinliyi 15 metr olan çuxur əmələ gəlib.
TehsilMedia.az xəbər verir ki, vətəndaşlar rayonun Mısırlı yaylasındakı çuğundur sahəsində çuxur əmələ gəldiyini anlayıblar.
Diametri təxminən 25 metr, dərinliyi 15 metr olan çuxuru görəndə narahat olan vətəndaşlar vəziyyəti aidiyyatı üzrə qrumlara məlumat veriblər.
Çuxurun yarandığı vaxt ətrafda olan vətəndaşlardan biri Tahir Akpınar jurnalistlərə bildirib ki, eşitdikləri səs-küydən sonra çuxurun meydana gəldiyi yerə gediblər.
Böyük miqdarda tozla qarşılaşdıqlarını dilə gətirən Akpınar, "Həmin anda hadisə yerində heç kimin olmaması və işləməməsi böyük şansdır, tarla sahibinə keçmiş olsun" dedi.
Məsumə İmran