Milli Təhsil Nazirliyi zəlzələdən çox zərər çəkən vilayətlərdə müəllimlərin könüllü köçürülməsi üçün müraciətlərin iyulun 5-də başlayacağını açıqlayıb. Təyinatlar iyulun 10-da həyata keçiriləcək.
TehsilMedia.az xəbər verir ki, Milli Təhsil Nazirliyinin paylaşdığı elana görə; Adıyaman, Hatay, Kahramanmaraş və Malatya, Qaziantepin İslahiye və Nurdağı rayonlarında fəaliyyət göstərən müəllimlərin könüllü köçürülməsi üçün müraciətlər 5-7 iyul 2023-cü il tarixləri arasında edilə bilər. Təyinatlar iyulun 10-da həyata keçiriləcək.
22 ŞƏHƏRİ SEÇƏ BİLƏCƏKLƏR
Bu çərçivədə şəhərlər arasında yer dəyişikliyi tələb etmək istəyən müəllimlər; İstanbul, Adıyaman, Ağrı, Ardahan, Batman, Bingöl, Bitlis, Diyarbakır, Ərzincan, Ərzurum, Qaziantep, Hakkari, Hatay, Iğdır, Kahramanmaraş, Qars, Mardin, Muş, Siirt, Şırnak, Şanlıurfa və Van kimi 22 şəhərdəki təhsil qurumlarını seçə bilərlər.
Müqaviləli müəllim olaraq fəaliyyət göstərərkən 652 nömrəli Qanun Hökmündə Qərarnamə ya da 7433 nömrəli Qanun ilə müəllim kollektivinə keçirilənlərdən bu məlumat çərçivəsində müraciət edənlər üçün həmin mövzu ilə bağlı əvvəldən düşünülən 4 illik işləmə müddəti şərti axtarılmayacaq. Bütün müəllimlər, yerləşdikləri vilayətdə hər hansı bir müddət işləmək şərti olmadan sözügedən yerdəyişmə prosesi ilə bağlı müraciətdən faydalana biləcəklər.
Məsumə İmran