Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) tərəfindən avqustun 20-də keçiriləcək Akademik Kadrlar və Lisansüstü Təhsilə Qəbul İmtahanı (2023-ALES/2) üçün müraciətlər başlayıb.
TehsilMedia.az xəbər verir ki, ÖSYM-in saytında yer alan elana görə, namizədlər bu gündən iyulun 10-dək imtahana müraciət edə bilərlər.
Namizədlər imtahana ÖSYM Müraciət Mərkəzləri vasitəsilə fərdi qaydada “https://ais.osym.gov.tr” və ya ÖSYM Namizəd Əməliyyatları Mobil tətbiqi vasitəsilə elektron qaydada müraciət edə biləcəklər.
Namizədlər 20 avqustda keçiriləcək ALES ilə bağlı bələdçiyə ÖSYM-in internet saytından daxil ola biləcəklər.
Məsumə İmran