Taner Yüzgeç, TMMOB İnşaat Mühəndisləri Palatasının sədri, inşaat mühəndisliyinin əhəmiyyətli adlarından Prof. Dr. Uğur Ersoy Boğaziçi Universitetinə giriş qadağasının qaldırıldığını açıqlayıb.
TehsilMedia.az xəbər verir ki, İnşaat mühəndisliyinin əhəmiyyətli adlarından biri, uzun illər Boğaziçi Universitetində çalışan Prof. Dr. Uğur Ersoyun universitetə girişinə heç bir əsas göstərilmədən qadağa qoyulub.
QADAĞA QALDIRILDI
TMMOB İnşaat Mühəndisləri Palatasının sədri Taner Yüzgeç sosial media hesabında Boğaziçi Universitetinin Ersoya qoyulan qadağanı qaldırdığını açıqlayıb.
Yüzgeç paylaşımında bu ifadələri işlədib: “Dəyərli müəllimimiz Prof. Dr. Uğur Ersoyun Boğaziçi Universitetinə giriş qadağasının qaldırıldığını öyrənməkdən məmnunuq. Ona cansağlığı və uzun ömür arzulayırıq”.
Məsumə İmran