Kahramanmaraş mərkəzli zəlzələlərdən ağır zərər çəkən Adıyaman, Hatay, Kahramanmaraş və Malatya ilə Qaziantepin İslahiye və Nurdağı rayonlarında işləyən müəllimlər arasında 22 şəhərdəki təhsil müəssisələrinə köçürülmə tələb edənlərin təyinat nəticələri açıqlanıb.
TehsilMedia.az Milli Təhsil Nazirliyindən verilən məlumata görə, xəbər verir ki, köçürülmə tələbi ilə müraciət edən müəllimlər İstanbul, Adıyaman, Ağrı, Ərdahan, Batman, Bingöl, Bitlis, Diyarbəkir, Ərzincan, Ərzurum, Qaziantep, Hakkari, Hatay, Iğdır, Kahramanmaraş, Qars, Mardin, Muş, Siirt, Şırnak, Şanlıurfa və Van da daxil olmaqla 22 şəhərdə təhsil müəssisələrinə təyin edildilər.
ELAN DƏRC EDİLDİ
Milli Təhsil Nazirliyinə tabe olan rəsmi təhsil müəssisələrində çalışan müəllimlərin 2023-cü ildə könüllü olaraq yerdəyişməsi ilə bağlı elan da dərc olunub.
Müvafiq olaraq, müraciətlər 13-17 iyul tarixlərində MEBBİS vasitəsilə, 20 iyulda isə qubernatorluqlar tərəfindən təyinatlar aparılacaq.
Məsumə İmran