Fevralın 6-da Milli Təhsil Nazirliyi (MEB) Kahramanmaraşda baş verən zəlzələlərdən çox təsirlənən yerlərin xidmət zonaları ilə bağlı tənzimləmə etdi. Sözügedən şəhər və bəzi rayonlar 1 sentyabr tarixindən etibarən 3 il müddətində üçüncü xidmət bölgəsi olaraq qəbul ediləcək.
TehsilMedia.az "TRT Haber"ə istinadən, xəbər verir ki, Milli Təhsil Nazirliyinin Müəllimlərin Təyinatı və Köçürülməsi Əsasnaməsində Dəyişiklik edilməsi haqqında Əsasnamə, Rəsmi Qəzetdə dərc olunduqdan sonra qüvvəyə minib.
Dəyişiklik ilə Adıyaman, Hatay, Kahramanmaraş və Malatya ilə Qaziantepin İslahiye və Nurdağı rayonları 1 sentyabr 2023-cü il tarixindən etibarən 3 il müddətinə üçüncü xidmət bölgəsi olaraq qəbul ediləcək.
Həmin yerlərin xidmət rayonlarının müvəqqəti olaraq üçüncü xidmət bölgəsinə keçirilməsi ilə burada çalışan müəllimlərin və yeni vəzifəyə başlayacaq müəllimlərin daha yüksək xidmət balı alması təmin ediləcək.
Məsumə İmran