Milli Təhsil Naziri Yusuf Tekin İstanbul Özəl Fənər Rum Orta məktəbi və Liseyində olub.TehsilMedia.az "TRT HABER"ə istinadən, xəbər verir ki, Nazir Tekin 2023-2024-cü tədris ili hazırlıqlarını araşdırmaq üçün məktəb ziyarətləri çərçivəsində İstanbul Özəl Fənər Rum Orta məktəbi və Liseyini ziyarət edib.
Gül-çiçəklə qarşılanan Tekin məktəbin həyata keçirdiyi maarifləndirici tədbirlər haqqında məlumat alıb.
Görüşdə tarixi məktəb olan Fənər Rum Orta məktəbi və Liseyinin saxlanılması və bərpası ilə bağlı fikir mübadiləsi aparılıb.
Məktəbin ehtiyac duyduğu məsələlərdə lazımi dəstəyin veriləcəyini dilə gətirən Tekin, “Bu gün Türk-İslam dövləti ənənəsinin əsas sütunu olan Fənər-Rum Rumları bir yerdə yaşamanın ən konkret nümunələrindən biridir. İstanbulun fəthindən dərhal sonra 1454-cü ildə qurulan Özəl Fənər Rum Orta məktəb və Liseyinə ziyarətlə başladıq" dedi.
Məsumə İmran