Çinin şimal-şərqində məktəbin idman zalının tavanı uçub.
TehsilMedia.az TASS-a istinadən xəbər verir ki, hadisə Heylunsyan əyalətinin şimal-şərqindəki Qiqihar şəhərində baş verib.
Məlumata görə, hadisə nəticəsində azı 10 nəfər dağıntılar altında qalıb.
Dağıntılar altında qalanların xilas edilməsi üçün müvafiq tədbirlərin görüldüyü bildirilir.