SuperJob sosial araşdırma mərkəzinin apardığı sorğu nəticəsində məlum olub ki, Rusiyadakı hər beş valideyndən biri övladının yay tətili zamanı part-time iş axtardığını söyləyib.
TehsilMedia.az xəbər verir ki, əvvəlki illərdəki sorğularla müqayisədə belə cavabların çəkisi dörd faiz (15-dən 19%-ə) artıb.
45% valideyn övladının tətil günlərində istirahət edəcəyini bildirib. Rəyi soruşulanlardan 36%-i uşaqlarının yay üçün planlarından xəbərsizdir.
Rusiyada 14-17 yaşlı yeniyetmələr üçün ən populyar yay işi üçün kuryer və restoran xidmətçisi kimi işləmək daha geniş yayılıb.