Milyonlarla universitet tələbəsi yataqxana və kirayə ev problemi yaşayır. KYK yataqxanalarında yerləşə bilməyən tələbələr yüksək kirayə və hesablarla üzləşiblər. Kirayə evin qiyməti ailələrin ödəyə biləcəyi qədər deyil...
Milyonlarla gənc və onların ailələri üçün universitet imtahanlarının stresi bitdi, amma çətinliyi bitmədi... İndi onların qarşısında mənzil problemi var. CHP Aydın Millət vəkili Evrim Karaköz, “KYK yataqxanasına yerləşə bilməyən tələbələr nə edəcək, çadırda qalacaqlar? Ev saxlamaq xərci keçən il 15 min 960 lirə idisə, bu il 33 min 919 lirə oldu'' dedi. Karaköz tələbələrin və ailələrinin üzləşdiyi çətinlikləri belə izah edib:
QALMAĞA YER YOXDUR
– Xüsusilə də böyük şəhərlərdə təhsil alacaq universitet tələbələri KYK yataqxanasında məskunlaşa bilmirlərsə, qalmağa yerləri yoxdur. Şəxsi yataqxana qiymətləri, ev kirayələri, kommunal xərclərlə ailələrin öhdəsindən gəlmək mümkün deyil.
– 2022-ci ildə İstanbulda kirayə mənzil orta hesabla 8 min lirə idisə, bu gün 17 min lirədir. Ankarada 6 min lirə idi, 14 min lirəyə yüksəldi. İzmirdə 7 min lirə idi, 15 min lirə oldu.
– Keçən il başqa şəhərə qeydiyyatdan keçməyə gedən tələbə avtobusla gediş-dönüş biletini orta hesabla 540 lirəyə alıbsa, bu il 980 lirə idi. Keçən il 365 lirə olan mənzil haqqı bu il 585 lirəyə yüksəlib. Elektrik ödənişi 301 lirədən 353 lirəyə yüksəldi. Su fakturasına 221 lirə ödənildiyi halda, bu il 316 lirə ödəniləcək.
Məsumə İmran