Məktəblərin açılmasına sayılı günlər qalıb. Dəftərxana ləvazimatlarının 105 faiz bahalaşması valideynlərin qara – qara düşünmələrinə səbəb olub.2023-2024-cü tədris ili üçün geri sayım başladı. Şagirdlər məktəblərin açılışını gözləyərkən, valideynlər yeni yüksəliş dalğasına tutuldular. Məktəbli forması, dəftərxana ləvazimatları, yol və yeməkxana kimi xərclər hədsiz dərəcədə artıb. CHP Aydın Millət vəkili Evrim Karaköz bir şagirdin məktəb xərclərini keçən ilki ilə müqayisə edib. Bu çərçivədə keçən il 3296 lirəyə başa gələn məktəb xərclərinin bu il yüzdə 105 artaraq 6755 lirə olduğu üzə çıxıb. “Valideynlər heyrətamiz xərcləri düşünürlər” deyən Karaköz, “Dəftər, qələm, çanta, ayaqqabı, xidmət və yeməkxana xərclərinə qədər bir çox məhsul və xidmətdə çox yüksək artımlar oldu. Valideynlər dəftərxana ləvazimatları, zəncir marketlər və ya topdansatış mağazalarında münasib qiymətə məhsul tapa bilmirlər. Etiketlər daim dəyişir, məhsullar artır”.
“ÖDƏNİŞSİZ OLMALIDIR”
“Bu ölkədə uşaqları oxutmaq belə lüks halına gəlib” deyən Karaköz, orta hesabla bir şagirdin geyim qiymətinin ən az 3 min TL olduğunu bildirib. Karaköz 1400 TL-nin dəftərxana ləvazimatlarına, 1120 TL-nin yemək xərclərinə, 1306 TL-nin xidmət və nəqliyyat xərclərinə xərclənməsinin lazım olduğunu vurğulayıb. Karaköz, “Valideynlərimizin paltar, dəftərxana ləvazimatları, nəqliyyat və yemək xərclərini ödəməyə gücü və pulu yoxdur. AKP hökuməti tələbələri ayaqyalın, valideynlərin ciblərini boş qoyub. Bütün məktəb ehtiyacları üzrə ƏDV dərəcələri aşağı salınmalıdır. Yaxud məktəbə lazım olan əşyalar şagirdlərə pulsuz paylanmalıdır”.
Məsumə İmran