Kahramanmaraşın Afşin rayonunda zəlzələdən zərər çəkən 87 məktəb binası yeni təhsil dövrünə hazır vəziyyətə gətirilib.Rayon Milli Təhsil Müdiri Fatih Kaba jurnalistlərə açıqlamasında Kahramanmaraş mərkəzli zəlzələlərdə 1 müdir, 2 müəllim və 33 şagirdin vəfat etdiyini bildirib.
Bu səbəbdən kədərləndiklərini bildirən Kaba zəlzələlərdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Zəlzələdən məktəb binalarının da zərər çəkdiyini qeyd edən Kaba deyib:
"Afşində 98 məktəbdən 9-una ciddi ziyan dəyib, 6-sı sökülüb, 3 məktəbimizin sökülməsi prosesi davam edir, 2 məktəbimiz orta dərəcədə zədələnib, araşdırma prosesi davam edir. Bundan başqa, orta dərəcədə zədələnmiş məktəb binalarımız da boşaldılıb, söküntü və möhkəmləndirmə işlərinə başlanılıb: "Məktəblərimizdən 44-ü yüngül, 43-ü isə zədəsizdir. Yüngül zədələnmiş məktəb binalarımızın təmir-bərpa işləri başa çatıb. İndi təzə tədris ilində 87 məktəb binamız şagirdlərə açılacaq.”
Məsumə İmran