Türkiyənin Milli Təhsil Naziri Yusuf Tekin müəllimləri yaxından maraqlandıracaq açıqlama ilə çıxış edib.TehsilMedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yusuf Tekin müəllimlərin yerdəyişmə tələbləri ilə bağlı sosial media hesabından açıqlama verib. Bildirib ki, bütün boş yerləri açaraq tək təqvim təqdim edəcəklər. Nazir "dostlar uğurlar" ifadəsini də işlədib.
Qeyd edək ki, Yusuf Tekin üzərində yazı və müəllim və tələbələrin şəkili olan tort fotosu da paylaşıb.
Müşviq Tofiqoğlu