Fevralın 6-da baş verən zəlzələdən zərər çəkən Diyarbəkirin mərkəzi Kahramanmaraşda olan məktəblərdə təmir-bərpa işləri davam edir.
TehsilMedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktəblər artıq yeni tədris ilinə hazır vəziyyətə gətirilib. Milli Təhsil Müdiri Murat Küçükali tələbələrin 11 Sentyabrda daha təhlükəsiz təhsil almaları üçün həyata keçirdikləri işlərin davam etdiyini və bütün çatışmazlıqların tamamlandığını bildirib.
Yeni tədris ili üçün 6 yeni məktəbin tikintisinin başa çatdığını və 2 təhsil ocağı üçün əlavə sinif otağı tikdiklərini vurğulayıb: "Xırda zədəli 249 məktəbin hamısının təmiri başa çatıb və təhsilə hazır vəziyyətə gətirilib. Məktəblərimiz hazırdır, övladlarımızı salamat gözləyirik. Orta və ağır qəzalı məktəblərimiz də var, onların planları hazırlanıb. Şagirdlərimiz ən yaxın məktəblərə aparılacaq və orada təhsillərini davam etdirəcəklər. İl daxilində 2 min 460 məktəb, 24 min 700 müəllim və 478 min şagirdimiz var. Kayapınar rayonundakı konteyner şəhərimizdə 4 mərkəz rayondan 600 şagird yerləşdirilib. 600 şagirdimizdən 540-ı digər məktəblərimizə daşınacaq. 60 şagirdimiz isə konteyner şəhərdə məktəbəqədər təhsilə davam edəcək".
Müşviq Tofiqoğlu