2023-2024-cü tədris ilinin başlaması ilə bağlı Türkiyənin Tuzla Bələdiyyəsi rayon üzrə 62 məktəbdə təhsil alan 50 min ibtidai, orta və lisey şagirdinə dəftərxana ləvazimatı hədiyyə edib.TehsilMedia.az TÜrkiyə mətbuatına istinadən xəbər verir ki, Tuzla Bələdiyyəsinin Başçısı Dr. Mehmet Akif Ersoy İbtidai sinifə gedən şagirdlərə Tuzla Bələdiyyəsi tərəfindən hazırlanan dəstləri xeyriyyəçi vətəndaşların dəstəyi ilə paylayıb: “Biz deyirik ki, gənclik gələcəyə bərabərdir. Uşaqlar bizim gələcəyimizdir, ən qiymətli sərvətimizdir. Biz yerli hökumətlər olaraq ətraf əraziləri, bütün küçələri qızılla örtsək də fərqi yoxdur. Önəmli olan təhsildir, önəmli olan gənclərimiz, övladlarımızdır", - deyə Bələdiyyə Başçısı vurğulayıb.
Müşviq Tofiqoğlu