Türkiyənin Milli Təhsil Naziri Tekin 2023-2024-cü tədris ilinin açılış mərasimində valideynlərə səslənərək, 2023-2024-cü tədris ilini təhsildə sosial səfərbərlik dövrü kimi xarakterizə edib.TehsilMedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Təhsil Naziri Yusuf Tekin valideynlərdən ölkənin gələcəyi üçün uşaqların təhsilinin məsuliyyətini birlikdə daşımalarını istəyib. Nazir Tekin 2023-2024-cü tədris ilinin başlaması münasibətilə ölkənin təhsil adamlarını təbrik edib.
Bütün başlanğıcların yeni ümidlərin, xəyalların və yeni hədəflərin ortaya çıxmasına səbəb olduğunu diqqətə çatdırıb:
“Təhsildə əldə olunacaq uğurlarda ən böyük payı olan, təhsilin lokomotivi və Nazirliyimizin əsas elementi olan müəllimlərimiz bu kollektivin ən dinamik üzvləridir. Onlar özünü təhsilə həsr edən, gələcəyin formalaşdırılması üçün çalışıan insanlardır. Milli Təhsil Nazirliyi olaraq, biz müəllimlərimizin məsləhət mədəniyyəti və sahə təcrübəsi ilə formalaşmaqla yanaşı, hər mənada onlara dəstək olacağıq”, - türkiyəli nazir fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu