İsveç Elmlər Akademiyası kimya üzrə Nobel mükafatçılarının adlarını göstərən məktubu səhvən qaliblərin adı açıqlanmamışdan əvvəl yollayıb.
TehsilMedia.az TASS-a istinadən xəbər verir ki, Akademiya qaliblərin adları olan məktubu kimya üzrə qaliblərin elanolunma mərasimindən 4 saat əvvəl yollayıb.
Akademiyanın press-relizində mükafatın ABŞ-da yaşayan üç kimyaçıya Munqi Bavendi, Luis Bryus və Aleksey Yekimova verildiyi qeyd edilib.
Onlar “kvant nöqtələrinin kəşfi və sintezinə görə” Nobelə layiq görülüblər.
Akademiyanın nümayəndəsi Yeva Nevelius bildirib ki, Nobel laureatları ilə bağlı qərar hələ qəbul edilməyib: “Mən baş verənləri izah edə bilmərəm, yalnız onu deyə bilərəm ki, yekun qərar qəbul edilməyib”.
Qeyd edək ki, kimya üzrə Nobel mükafatının qalibləri bu gün açıqlanacaq.