İsrail universitetlərində tədris ehtiyatda olan əsgərlərin çağırışı başa çatana qədər təxirə salacaq.
TehsilMedia.az "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Universitet Rektorları Komitəsi məlumat yayıb.
Bildirilib ki, universitetlərdə dərslər dekabrın 3-dən tez başlamayacaq.
Qeyd edək ki, oktyabrın 15-də başlamalı olan payız semestri noyabrın 5-nə təxirə salınmışdı.