Yanvarın 15-dən etibarən xarici vətəndaşlar üçün Ayasofiya məscidini ziyarət etmək ödənişli olacaq.
TƏHSİL MEDİA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy bildirib.
O qeyd edib ki, bu qərar keyfiyyət və təhlükəsizlik məsələlərini daha da artıracaq.
Nazir onu da əlavə edib ki, ibadət üçün məscidə gələn Türkiyə vətəndaşlarının ibadət yerlərində heç bir dəyişiklik olmayacaq.