Çinin mərkəzi Henan əyalətində məktəb yataqxanasında yanğın baş verib. Hadisə nəticəsində ölənlər var.
TehsilMedia.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Yanğın xəbərin aidiyyəti quruma daxil olmasından 38 dəqiqə sonra söndürülüb.
Faciə zamanı 13 nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. O, hazırda xəstəxanadadır, vəziyyəti stabil qiymətləndirilir.
Hazırda hadisənin səbəbi müəyyənləşdirilir. İstintaqa başlanılıb.