Rusiyanın Novosibirsk şəhərində 2022-ci ildə ən yüksək maaş alan məktəb direktorunun məvacibi 183 min rubl (4 min AZN ) təşkil edib.
TehsilMedia.az xəbər verir ki, bu barədə Novosibirsk şəhər meriyasının məlumatında bildirilib.
Məktəb rəhbərləri arasında ən yüksək maaşı 6 nömrəli "Qornostai” mərkəz-gimnaziyasının direktoru İrina Putintseva alıb. 2021-ci illə müqayisədə onun qazancı ayda 40 min (872 AZN) artıb. "Qornostai” gimnaziyası Rusiyanın ən yaxşı məktəbləri sırasındadır, onun məzunları tez-tez ölkənin aparıcı universitetlərinə daxil olurlar.