Hazırda Türkiyənin ali təhsil müəssisələrində 35 minə yaxın azərbaycanlı tələbə təhsil alır.
Bunu “Report”un Ankara bürosuna müsahibəsində Türkiyənin təhsil naziri, professor Yusuf Tekin deyib.
O bildirib ki, azərbaycanlı tələbələrdən 604-ü Türkiyənin dövlət təqaüdündən (burs) yararlanır
“Azərbaycanda isə 7 tələbəmiz doktorantura təhsili alır”, - nazir söyləyib.