Parisdə təhsil və idman naziri Ameli Oudea-Kasterin istefası tələbi ilə aksiya keçirilib.
RİA Novosti-yə istinadən xəbər veririk ki, müəllimlər maaşlarının artırılmasını tələb edirlər.
Aksiya iştirakçıları Lüksemburq bağlarından Təhsil Nazirliyinə doğru yürüş ediblər.
Həmkarlar ittifaqlarının çağırışlarından sonra bütün Fransada müəllimlərin tətilləri keçirilir.