AMEA-nın Qafqazşünaslıq İnstitutunda martın 14-də dəyirmi masa keçirilib.
Dəyirmi masanı giriş sözü ilə institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb.
İnstitutun Şimali Qafqaz şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov “Məhəmməd Füzulinin yaradıcılığında sülh və birgəyaşayış məsələləri” mövzusunda məruzə edib. Məruzəçiyə suallar verilib və müzakirələr aparılıb.