Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 1 saylı laboratoriyasının elmi işçisi Günel Əzimova Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş doktorant, magistrant və gənc tədqiqatçıların "Kimya və kimya texnologiyası” adlı II respublika elmi konfransında iştirak edib.
Bu barədə "TehsilMedia.az"a institutdan bildirilib.
Günel Əzimova elmi konfransda "Synthesis of nickel ferrite by sol-gel auto combustion method” mövzusu üzrə məruzə ilə çıxış edib. Gənc alim institutda bu istiqamətdə apardığı tədqiqat işləri barədə, o cümlədən zol-gel yanma, onun üstünlükləri, mexanizmi haqqında geniş məlumat verib.
Sonra auditoriya tərəfindən mövzu haqqında verilən suallara cavab verib və apardığı tədqiqat işlərinin nəticələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
TƏHSİL MEDİA