Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcək. Hər il fərqli bir ölkədə keçirilən tədbir noyabrın 11-dən 24-dək Bakıda baş tutacaq.
Maraqlıdır, layihə ilə bağlı universitetlərdə tələbələri məlumatlandırmaq üçün nələr təşkil olunur?
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirib ki, tələbələr bu layihə ilə bağlı ətraflı şəkildə məlumatlandırılır:
“Keçirilən tədbirlərdə davamlı olaraq bu layihənin əhəmiyyəti ilə bağlı məsələləri tələbələrin diqqətinə çatdırırıq. Həmçinin bu il "Yaşıl UNEC" ili elan olunub. "Yaşıl UNEC" olaraq biz həmin COP29 layihəsinə öz töhfələrimizi verəcəyik. Eyni zamanda bununla bağlı yeni layihələrimiz də var”.