Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor müavini, baş həkim əvəzi təyin olunub.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifəyə Afət Əkbərova gətirilib və o, aprelin 30-dan işinin icrasına başlayıb.
Qeyd edək ki, A.Əkbərova Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda 28 ilə yaxındır həkim-infeksionist kimi fəaliyyət göstərib.