7 iyul II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə qəbul imtahanı keçirilib. Sosial şəbəkələrdə sözügedən imtahanların nəticələrinin nə zaman açıqlanacağı barədə kütləvi suallar ünvanlanır.
Mərkəzdən bildirilib ki, II və III ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdinin nəticələri növbəti həftənin əvvəllərində açıqlanması nəzərdə tutulur.