Tələbələrin köçürülməsi üçün sənəd qəbulu davam edir.
Agentlikdən bildirilib ki, 25 iyuldan etibarən tələbələrin köçürülməsi üçün müraciətlərin qəbuluna başlanılıb. Həmin tarixdən elektron portal üzərindən 1340 tələbə köçürülmə üçün müraciət edib.
Müraciətlərin qəbulu 31 iyul saat 18:00-da sona çatacaq və təhsil müəssisələri tərəfindən emal olunduqdan sonra nəticələr şəxsi kabinetlərə göndəriləcək.
Qeyd edək ki, xaricdən köçürülmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər. Bunun üçün müraciətçilər Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməlidirlər.